Bakıda icra başçısının rəis oğlunun "Land Cruiser"i qəzaya düşdü

13-08-2016, 15:30           
Bakıda icra başçısının rəis oğlunun "Land Cruiser"i qəzaya düşdü
Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib. teref.az azvision.az-a istinadla xəbər verir ki, qəza rayonunu Dadaş Bünyadzadə küçəsində qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "Chevrolet aveo” markalı avtomobil "Toyota Land Cruiser” markalı avtomobillə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, "Toyota Land Cruiser” markalı avtomobil Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi Vüsal Qaraşovun xidməti avtomobilidir. Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü isə hadisə yerində xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, V.Qaraşov Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru