Amerikalı konqresmen prezidentə müraciət etdi.

16-08-2016, 22:21           

ABŞ Konqresinin üzvü olmuş, ABŞ-Azərbaycan işçi qrupunun təsisçisi və həmsədri Rəsmi ABŞ-Azərbaycan seçki müşahidəçisi Kört Ueldon Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:”Hörmətli İlham Əliyev. Mənim sədaqətim sizin və xalqınızın dəstəyi üçün sarsılmazdır. Mən keçən payız Azərbaycanda seçki müşahidəçisi kimi xidmət etdiyim üçün şad oldum və şahidlik etdiyim bir sıra səsvermə məntəqələrindəki hadisələrin gedişati məni heyran etdi. ABŞ-Azərbaycan işçi qrupunun ABŞ Konqresində təsisçisi və həmsədri həmçinin sizin və xalqınızın sadiq dostu kimi mən ANS TV-nin dəstəyi üçün səsimi əlavə etmək istərdim. ANS Azərbaycanın milli qəhrəmanı Çingiz və onun qardaşı Vahid Mustafayevlər tərəfindən yaradılan yeni- müstəqil Azərbaycanda ilk müstəqil demokratik TV şirkət oldu. Bu ABŞ-da çox məşhurdur və sizin rəhbərliyinizin və Azərbaycanın uğurlarının dəstəklənməsində rolu labüddür. Mən ANS-in cəlb olunduğu münaqişəni həll edilməsinə sizin şəxsən müdaxilə və yardım etmənizi diləyirəm. Siz həmçinin bilməlisiniz ki, mən Türkiyənin güclü tərəfdarı olmuşam və mövqeyimdə də qalıram və bununla bağlı Konqresdə səylərimi irəli sürmüşəm. Mən sizin dostunuz və vəkiliniz olaraq qalıram və ABŞ Konqresi çərçivəsində, eləcə də Amerika xalqı arasında sizin və ölkənizin zəruri dəstəyinə hazıram. Bakı mənim sevimli şəhərlərimdən biri olmuşdur.Hər qayıdanda gördüyüm tərəqqi sizin rəhbərliyinizin bariz sübutudur. Siz mənim dostum və atanızın uğurları uzərində quruculuğunuzu davam etdirmisiniz. Sizin böyük xalqınıza növbəti səfərimdə baş çəkməyimi səbirsizliklə gözləyirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.