“Hərbi çevrilişlə əlaqədar 40 min nəfər saxlanılıb” – Yıldırım

18-08-2016, 09:15           
“Hərbi çevrilişlə əlaqədar 40 min nəfər saxlanılıb” – Yıldırım
Hərbi çevrilişə cəhddən sonra ölkədə 40 min nəfər saxlanılıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

Onun sözlərinə görə, onlardan 20 mininə qarşı həbs qətimkan tədbiri seçilib. 80 min dövlət qulluqçusu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 246 nəfər (qiyamçıları çıxmaq şərti ilə) həlak olub, 2 mindən çox şəxs yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru