Cəlilabadda idarə rəisi polis işçisinin sifətinə qaynar su səpdi- ŞOK

18-08-2016, 15:45           

Belə ki, rayon sakini sabiq polis işçisi Rüstəm Rafiq Bəhrəm oğlu Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədova sayğacla bağlı müraciət edib. Gözlənilmədən aralarında mübahisə yaranıb.

Harınlamış idarə rəisi qarşısında olan çay istəkanını vətəndaşın sifət nahiyəsinə tullayıb. Vətəndaş bu barədə bizə telefon danışığı zamanı bildirdi. Onun dediyinə görə pisixi problemləri olan Aydın Məmmədovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edəcəyini söylədi. Hətda deyilənlərə görə A. Məmmədov qəbula gələn rayon sakinləri ilə kobud davranır. Üstəlik sakinləri hədələməkdən belə çəkinmir.

Maraqlısı budur ki, idarə rəisinin bu cür hegamonluğu yuxarı dairələri narahat etmir. Əslində, qanun hər birimiz üçün bərabərhüquqludur. Görünür, Aydın Məmmədov qanunu belə saya almır. Mətbuatda zaman-zaman barəsində tənqidi məqalələr yazılır və bunlardan nəticə çıxartmaq əvəzinə daha da azğınlaşmış idarə rəisi bir gün qanun qarşısında cavab verməli olacaq.
Dosye.org
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.