Sabiq Baş prokurorun oğlu mənzilində ölü tapılıb 15-04-2024, 16:39 Rusiyanın sabiq Baş prokuroru Valentin Stepankovun oğlu Denis Moskvanın mərkəzindəki mənzildə ölü tapılıb.TNS xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.Bildirilib ki, 47 yaşlı Denis Stepankovun ölümü kriminal xarakter daşımır.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Valentin Stepankov Rusiya Federasiyasının 1991-1993-cü illərdə ilk Baş prokuroru olub. Facebook-da paylaş