Süfrə duzunu kalium duzu ilə əvəz etmək lazımdır?

17-04-2024, 08:58           
Süfrə duzunu kalium duzu ilə əvəz etmək lazımdır?
Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun CenterPlus İnfeksion Xəstəliklər Klinikasının kardioloq, terapevt, funksional diaqnostika mütəxəssisi, tibb elmləri doktoru, professor Lyudmila Salamatina hipertoniyanın qarşısını almaq üçün xörək duzunu kalium duzu ilə əvəz etməyi təklif edib.
Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.Ru-ya müsahibəsində bildirib ki, pəhrizdə həddindən artıq natrium və qeyri-kafi kalium hipertoniyanın əsas səbəbləridir. Sübut olunub ki, qida rasionunda natriumun məhdudlaşdırılması qan təzyiqini 10 mm civə sütunu aşağı salır ki, bu da bəzi antihipertenziv dərmanların qəbulundan sonrakı effektlə müqayisə oluna bilər.
Mütəxəssisin qeyd etdiyi kimi, bu fakt son 50 ildə bir çox klinik tədqiqatlarla təsdiqlənib.Bundan əlavə, qan təzyiqinin azalması ilə yanaşı, insult riskinin də azaldığı sübut olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru