Bu qidalar ürək əzələlərini gücləndirir - həkim kardioloq Leyla Quliyeva

17-04-2024, 16:58           
Bu qidalar ürək əzələlərini gücləndirir -
“Gün ərzində 5-6 badam həm ürək-damar, həm də yaddaş pozğunluqlarında əvəzolunmaz qidadır.”Foodinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitunun həkim kardioloqu Leyla Quliyeva nazirliyin saytına müsahibəsində qeyd edib. O, bildirib ki, çia toxumları mikronutrientlər və xüsusi növ Omeqa-3 ilə zəngindir. Bu da ürək-damar xəstəlikləri riskini azaldır.“Balqabağın tərkibində olan kalsium və maqnezium ürək əzələlərini gücləndirir və qan təzyiqini aşağı salır. Balqabaq toxumu ürək-damar xəstəliklərinin qarşısını alır.”Mütəxəssis onu da əlavə edib ki, zeytun yağı koronar damarları qoruyur və gücləndirir, ürəyin düzgün işləməsini təmin edir və infarkt riskini azaldır. “Bundan əlavə, zeytun yağı xolesterini, LDL (Aşağı sıxlıqlı lipoproteinlər), triqliseridlərin qandakı səviyyəsini azaldır. Sarımsaq tərkibindəki kversetin molekullarının hesabına damar tutulmaları, xolesterinin səviyyəsinin endirilməsində çox qiymətlidir. Eyni zamanda, pomidorun tərkibində olan likopen damar tutulmalarının qarşısını alır.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.