Bu qidaları gecə yemək kabuslara səbəb olur

18-04-2024, 17:08           
Bu qidaları gecə yemək kabuslara səbəb olur
Bəzi qidalar günün ikinci yarısında yeyiləndə gecə kabuslarına səbəb olur. Foodinfo.az xəbər verir ki, bu barədə terapevt Timur Asanov NEWS.ru-ya müsahibəsində danışıb. Onun sözlərinə görə, bu siyahıya yağlı pendirlər, peçenye, tortlar, şokolad, kakao, eləcə də makaron və un məmulatları daxildir.Mütəxəssis axşamlar həzm prosesinə müsbət təsir göstərən yoqurt kimi daha sağlam, az kalorili qəlyanaltılardan istifadə etməyi məsləhət görür.“Nəsə atışdırmaq istədikdə, aclığınızı yerkökü və ya bir ovuc qoz-fındıq ilə aradan qaldırın. Yatmadan altı saat öncə yeyilməməli olan qidalara ədviyyatlı yeməklər də daxildir. Onlar bədən istiliyini dəyişir, bu isə tez yuxu mərhələsində yuxuların formalaşmasına təsir edir”, - deyə həkim vurğulayıb.Asanov tərkibində çox miqdarda şəkər olduğu üçün arzuolunmaz qidalar siyahısına qazlı suları da əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.