Bakıda qardaş və bacı bıçaqlanıb, onlardan biri ölüb

22-08-2016, 13:52           

Avqustun 21-də Bakının Binəqədi qəsəbəsində qətl törədilib.

APA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, qəsəbədə yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Nəticədə Anar hadisə yerində ölüb, Ə. Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F. İsmayılov tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru