Kürəkən qaynatasını öldürdü

22-08-2016, 19:39           
Kürəkən qaynatasını öldürdü
İsmayıllı rayonunda qohumlar arasında baş verən münaqişə ölümlə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17.00 radələrində rayonun Quşencə kəndində kürəkən qayınatasına bıçaqla ağır xəsarətlər yetirərək, onu amansızlıqla qətlə yetirib. Ölən şəxsin meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxsin adını hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru