Əli İnsanova açılan çinayət işinin maddəsi və DETALLARI...

24-08-2016, 21:17           
Əli İnsanova açılan çinayət işinin maddəsi və DETALLARI...
Sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittihamın bəzi detalları məlum olub.
Modern.az saytının rəsmi mənbədən əldə etdiyi məlumata görə, məhkumları müalicə etməsilə bağlı avqustun 23-də onun şəxsi əşyalarına baxış keçirilib. Əşyaların arasında çox sayda dərman pereparatları aşkarlanıb. Nəticədə Əli İnsanovun məhkumları yanlış olaraq müalicə etdiyi müəyyənləşib.

Həmin dərman pereparatları ondan sübut olaraq götürüldüyündən Ə.İnsanov həbsxana işçilərinə hücum edib. Bu səbəbdən də sabiq səhiyyə nazirinə qarşı Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsilə cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Soltanov Modern.az-a məsələ ilə bağlı müvafiq araşdırmalar aparıldığını, yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcəyini deyib.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanovun 11 illik cəza müddəti bu ilin oktyabrında başa çatır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.