"Şıxov" çimərliyində batanı xilas edən gənc özüdə batdı - 2 nəfər boğuldu

24-08-2016, 21:27           
"Şıxov" çimərliyində batanı xilas edən gənc özüdə batdı - 2 nəfər boğuldu
Bakıda “Şıxov” çimərliyində bədbəxt hadisə baş verib.

AzNews.az-a daxil olan məlumata görə, çimərlikdə 2 nəfər batıb. Hadisə şahidlərinin sözlərinə görə, ilk öncə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə kiçik ticarətlə məşğul olan, qarğıdalı satan 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub. Nəticədə həmin şəxs özü də suda boğulub.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım və xilasedicilər çağırılsa da, onlar hələ də sözügedən əraziyə gəlməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru