Bakıda güclü yanğına görə bağlanan yollar açılıb

16-05-2024, 08:31           
Bakıda güclü yanğına görə bağlanan yollar açılıb
Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğına görə bağlanan yollar açılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd olunub ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun “28 May” stansiyası istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru