Rusiyada qadın qəzəbli ayını çubuqla qovdu

23-05-2024, 15:34           
Rusiyada qadın qəzəbli ayını çubuqla qovdu
Rusiyanın Maqadan vilayətində qadın qarşısında arxa ayaqları üstə dayanan ayını qorxutmaq üçün çubuqdan istifadə edib.

Məlumata görə, hadisə Orotukan rayonunun Kolıma kəndində baş verib, ayı meşədən çıxaraq şəxsi evlərin yaxınlığında gəzib, yerli sakin isə yırtıcı ilə qarşılaşıb.

Yaşlı qadın onun qarşısında arxa ayaqları üstə duran heyvanı çubuqla qovub. Heyvan bu qadından qorxaraq, geri çəkilib və meşəyə qaçaraq gözdən itib.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.