Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin DETALLARI

24-05-2024, 00:14           
Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin DETALLARI
Kürdəmirdə səkkiz yaşlı uşaq atasına kömək edərkən yanıb.
TEREF "Oxu.az"-a istinadən xəbər verir ki, hadisə 19 may tarixində Qocalı kəndində baş verib.
Belə ki, Tofiq İbrahimov samanla işləyərkən səkkiz yaşlı övladı Əbülfəz İbrahimli ona kömək edirmiş. İş vaxtı uşaq içində benzin olan qabı atasına uzadıb və üzərinə benzin dağıldığının fərqində olmayıb. Atası samanla işi bitdikdən sonra kibritdən istifadə edib. Bu zaman Əbülfəzin paltarı alışıb.
Hazırda Bakıdakı xəstəxanaların birində müalicə alan uşağın vəziyyəti ağırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru