Mehman Hüseynovla iki NIDA-çı saxlanıldı… –Və sərbəst buraxıldılar

29-08-2016, 09:13           
Mehman Hüseynovla iki NIDA-çı saxlanıldı… –Və sərbəst buraxıldılar
Blogger Mehman Hüseynovla NİDA hərəkatının üzvləri Məsud Əsgər və Samir Əsədli Sabunçu rayon polisi tərəfindən saxlanılıb.

Bu barədə lent.az-a Hərəkatın İdarə Heyətinin üzvü Ülvi Həsənli məlumat verib.

Onun sözlərinə görə, M. Hüseynov NİDA üzvləri ilə birgə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında çəkiliş aparırmış. Onlar həkimlərin münasibətindən şikayətlənən xəstəni və xəstə yaxınlarını çəkirmişlər. Xəstəxananın mühafizəçiləri isə bunun qarşısını almaq üçün hadisə yerinə polis çağırıb.

Polis M. Hüseynovu və iki NİDA-çını 12-ci polis bölməsinə aparıb.

***

Son məlumata görə, saxlanılanların izahatları alındıqdan sonra, sərbəst buraxılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru