Rusiyada 13 nəfər attraksionda köməksiz vəziyyətdə qalıb

17-06-2024, 10:14           
Rusiyada 13 nəfər attraksionda köməksiz vəziyyətdə qalıb
Rusiyanın Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində insanlar attraksionda köməksiz vəziyyətdə qalıblar.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Parkda texniki səbəblərə görə havada dayanan attraksiondan 13 nəfər xilas edilib.

Nazirliyin əməkdaşları insanların attraksiondan yanğın nərdivanına enməsinə kömək ediblər.

Ölən və yaralananlar olmayıb.

Mənbə: rbc.ru













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru