Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI - TƏFƏRRÜAT

26-07-2024, 10:40           
Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI - TƏFƏRRÜAT
Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə əsgərin əlindəki qumbara partlayıb.

Bu barədə Gununsesi.info-ya qumbara partlaması nəticəsində xəsarət alan əsgər Rövşən Bayramovun yaxınları deyib.

Bildirilib ki, hərbi hissədə qumbara ilə ehtiyatsız davranılması daha bir hərbçisinin ağır yaralanması ilə nəticələnib.

Hər iki hərbçi əvvəlcə Gəncədəki Hərbi Hospitala aparılsa da vəziyyətləri ağır olduğundan Bakıya gətirilib.

Olayla bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək cəhdimiz baş tutmadı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru