Ağ evin baş aşpazı 29 ildən sonra öz postu ilə vidalaşıb

1-08-2024, 11:44           
Ağ evin baş aşpazı 29 ildən sonra öz postu ilə vidalaşıb
Ağ evin 61 yaşlı baş aşpazı Kristeta Komerford tutduğu vəzifədən istefa verib. O, bu vəzifəni tutan yeganə qadın idi.

Filippində anadan olan və 23 yaşında Amerikaya gələn Kristeta Komerford 1995-ci ildə Ağ evdə işə başlayıb, 2005-ci ildə baş aşpaz vəzifəsinə təyin edilib.

O, 1995-ci ildən bəri karyerası boyunca Bill Klinton, Corc Buş (oğul), Barak Obama, Donald Tramp və Cozef Baydenə xidmət edib.

Kristeta Komerford hazırda həyat yoldaşı Con ilə birlikdə təhsil qrupunun rəhbəridir. Onların hər ikisi Braziliyanın yoxsul şəhərinə humanitar səfərlərdə könüllü iştirak edirlər. Kristeta Komerford, həmçinin Havay Qubernatorunun təşkil etdiyi Beynəlxalq Qadın Liderliyi Konfransında əsas məruzəçi olub(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru