Haniyənin öldürülməsi neft bazarlarında qiymət artımına səbəb oldu

1-08-2024, 08:40           
Haniyənin öldürülməsi neft bazarlarında qiymət artımına səbəb oldu
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi neft bazarlarında qiymət artımına səbəb olub.
Məlumata görə, "Brent" markalı neftin bir barelinin qiyməti bu gün beynəlxalq bazarlarda 1.9 faiz artaraq 79.58 ABŞ dolları təşkil edib. Eyni zamanda, "West Texas Intermediate" (WTI) markalı xam neftin bir bareli 76.27 ABŞ dollarına satılıb.

Qiymətlərin qalxmasına Yaxın Şərqdə yenidən alovlanan geosiyasi gərginliyin təsir etdiyi deyilir. İsmayıl Haniyəyə qarşı sui-qəsdin də bahalaşmaya səbəb olduğu qeyd edilib.
Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru