İtaliyanın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 2,5 min nəfər əhalisi olan Lonqobukko kommunasından 8 kilometr cənub-şərqdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.