Vyetnamlı qadın 30 ildir yatmadığını etiraf etdi

2-08-2024, 15:39           
Vyetnamlı qadın 30 ildir yatmadığını etiraf etdi
Vyetnamlı bir qadın 30 ildir yatmadığını bildirib.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, 49 yaşlı Nquyen Nqok Mi Kim özü etiraf edib ki, yuxusuzluğun onun həyatına və sağlamlığına heç bir təsiri olmayıb.

Qadın xatırlayır ki, gecə gec saatlara qədər kitab oxuduğu üçün hələ azyaşlı ikən özünü gec yatmağa öyrəşdirib. O, bu vərdişi yetkinlik yaşında da davam etdirib. Kim dərzi işlədiyi üçün tez-tez sifarişləri yerinə yetirmək məqsədilə səhərə qədər çalışıb və tədricən yuxu ehtiyacını tamamilə itirib.

Kim 30 ildir yatmadığı üçün yerli sosial şəbəkələrdə populyarlaşıb. İndi ölkənin hər yerindən insanlar qadınla görüşmək üçün onun yanına gəlir və yuxusuzluğu ilə bağlı yayılan xəbərlərin doğru olub-olmadığını öyrənirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru