Sel Qusarda körpünü uçurdu

3-08-2024, 00:17           
Sel Qusarda körpünü uçurdu
Sel suları Qusarın Ləzə kəndində Qusarçay üzərindəki körpünü yarasız hala salıb.

"Cebheinfo.az" xəbər verir ki, Ləzə kəndinin sakinləri bu körpüdən keçərək biçənək və örüş sahələrinə gedirlər. Azərbaycanda ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi Yerği Kek kəndinin sakinləri də bu körpüdən istifadə edirlər. Körpü dağıldıqdan sonra əks istiqamətdə qalan avtomobillər Ləzə kəndinə qayıda bilmirlər.

Qusar Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov bildirib ki, uzun müddətdir istifadə olunan körpüyə sel suları nəticəsində ziyan dəyib, ötən gün isə körpü tamamilə dağılıb.

“Körpü heç bir qurumun balansında deyil. Vaxtilə sakinlərin təşəbbüsü ilə tikilib. Eni 3, uzunu 5-6 metrdir. Bu gün vəziyyətlə yerində tanış olduq. Körpü tamamilə dağılıb. Yeni körpü tikilməlidir. Çayda suyun səviyyəsi aşağı düşdükdən sonra körpünün bərpası həyata keçirilə bilər”, - deyə Şahid Fərəməzov bildirib.

Körpünün dağılması barədə Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq dövlət qurumlarına məlumat verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru