Helikopter qəzaya uğradı: Çoxlu ölü var

8-08-2024, 12:54           
Helikopter qəzaya uğradı: Çoxlu ölü var
Nepalın paytaxtı Katmandu şəhərinin şimalında dağlara düşən helikopterin 5 nəfər həlak olub.

İndex.az xəbər verir ki, Nepal Mülki Aviasiya İdarəsinin verdiyi açıqlamaya görə, Katmandu Beynəlxalq Hava Limanından havaya qalxan helikopter havaya qalxdıqdan 3 dəqiqə sonra qüllə ilə əlaqəni kəsib.

Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, Katmandu şəhərinin şimalında dağlarda qəzaya uğrayan helikopterin qalıqları arasından biri qadın olmaqla 5 nəfərin cəsədi çıxarılıb.

Həyatını itirən 4 sərnişinin Çin vətəndaşı, pilotun isə Nepal vətəndaşı olduğu açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru