Şamaxıda səhər saatlarında dəhşətli cinayət: Ər-arvad bıçaqlandı, biri öldü

13-09-2024, 09:10           
Şamaxıda səhər saatlarında dəhşətli cinayət: Ər-arvad bıçaqlandı, biri öldü
Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Elbrus Şeydayev saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru