Ermənistan Qara dənizin dibi ilə kabel çəkmək istəyir - DETALLAR
13-09-2024, 16:10
Ermənistan Qara dənizin dibi ilə internet kabelinin çəkilməsi layihəsinə qoşulmağa çalışır, yerli və xarici tərəfdaşlarla müzakirələr aparılır.
Bu barədə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi "SputnikARM"ın sorğusunu cavabında bildirib.
Nazirlik açıqlayıb ki, yeni kabelin çəkilməsi 45 milyon avroya başa gələcək. Layihə Ermənistan, Rusiya, Gürcüstan, Bolqarıstan, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa təkan verəcək.
Qeyd edək ki, Ermənistan Türkiyə və Gürcüstan əraziləri vasitəsilə Avropadan xarici internet trafiki alır.