İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatına qarşı Qəzza sektorundakı hərbi əməliyyatları davam edir.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə bu əməliyyatlardan çoxsaylı kadrlar yayımlanır.
Belə kadrlardan birində real döyüş görüntüləri əks olunub. Kadrlarda Əl-Qəssam briqadalarının Rəfah şəhərinin şərqindəki Əl-Tanur bölgəsində İsrail əsgərləri və texnikasına hücumu əks olunub.