Ukraynada qadınlar səfərbərliyə cəlb edilə bilər

15-10-2024, 09:58           
Ukraynada qadınlar səfərbərliyə cəlb edilə bilər
"Əgər Ukraynada münaqişə daha beş il davam edərsə, Ukrayna Silahlı Qüvvələrinə (USQ) qadınlar da səfərbər ediləcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Vitali Portnikov “Strana.ua” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə çağırış yaşı da azaldılacaq.

"Bu baş verməyəcək deyə illüziyaya qapılmaq lazım deyil. Əgər müharibə daha iki-üç il davam etsə, çağırış yaşı azaldılacaq, beş il davam edərsə, qadınlar çağırılacaq", - deyə Portnikov əlavə edib.

O, həmçinin qeyd edib ki, münaqişə uzandıqca, hərbi komissarlıqların işçiləri daha sərt tədbirlər görəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru