Yaşayış binasında partlayış olub, bir nəfər ölüb, 17 yaralı var

3-11-2024, 15:14           
Yaşayış binasında partlayış olub, bir nəfər ölüb, 17 yaralı var
Türkiyənin şimalındakı Çorum şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 17 yaralı var.
Referans.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Osmancık küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə məişət qazı partlayıb.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Partlayış nəticəsində evin bir neçə mərtəbəsi demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə ziyan dəyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru