Bu qidalar 50 yaşdan sonra sümükləri gücləndirmək üçün yeyilməlidir

5-11-2024, 15:57           
Bu qidalar 50 yaşdan sonra sümükləri gücləndirmək üçün yeyilməlidir
İnsanlar sağlamlıq haqqında düşünəndə çox vaxt dərinin, bağırsaqların və ya immunitetin sağlamlığına fikir verirlər, lakin nadir hallarda sümük sağlamlığına əhəmiyyət verirlər.Foodinfo.az xəbər verir ki, diyetoloq Jaklin Klankın fikrincə, bir çox insanlar, xüsusən də 50-dən yuxarı olanlarda sümük sıxlığı aşağıdır və bu, sınıq riskini artırır.Kifayət qədər kalsiumla zəngin qidaların istehlakı sümük sıxlığını qorumaq üçün vacibdir. Məsələn gavalı kalsium balansını və sümük əmələ gəlməsini tənzimləməkdə mühüm rol oynayan K vitamini də daxil olmaqla, güclü sümükləri dəstəkləyən qidalarla doludur. Qara gavalı həmçinin sümüklərdə kalsiumu saxlamağa kömək edən kalium və sümük əmələ gəlməsi üçün vacib olan manqan ehtiva edir.Qatıq kalsium, D vitamini və zülalla zəngindir. Qızılbalıqda olan D vitamini orqanizmin kalsiumu effektiv şəkildə mənimsəməsi üçün lazımdır. Tədqiqatlar həmçinin omeqa-3 yağ turşularını sümük keyfiyyətinin yaxşılaşması ilə əlaqələndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru