Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,13% artaraq 2 644,30 ABŞ dollarına çatıb. İqtisadiyyat.az xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçersləri isə 1,60% bahalaşaraq 29,71 ABŞ dollarına yüksəlib.
Qiymətli metalların dəyərinin artımı qlobal bazarlarda qeyri-müəyyənliklərə qarşı investorların qoruyucu aktivlərə üstünlük verməsi ilə izah edilir.