İsrailin cənubu Qəzzadan atəşə tutulub

5-01-2025, 09:58           
İsrailin cənubu Qəzzadan atəşə tutulub
Ölən və yaralananlar barədə məlumat verilmir

İsrailin cənubu Qəzza bölgəsindən yenidən atəşə tutulub. AYNA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilər Fələstinin şimal hissəsindən azı bir raketin buraxılmasını qeydə alıblar. Raket Erez keçid məntəqəsi yaxınlığında düşüb.

Qeyd olunur ki, raket təhlükəsi səbəbindən İsraillə sərhəddə yerləşən Netiv HaAsara kəndi yaxınlığında hava hücumu xəbərdarlığı elan edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

2024-cü ilin ikinci yarısında Qəzza zolağından İsrail ərazisinin atəşə tutulması səngisə də, son həftələrdə hücumlar nəzərəçarpacaq dərəcədə artıb. İsrail ordusu da anklava hücumların intensivliyini artırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.