Rusiyada qəribə hadisə: Gənc qız "təsadüfən" diş fırçasını udub

24-01-2025, 12:18           
Rusiyada qəribə hadisə: Gənc qız "təsadüfən" diş fırçasını udub
Rusiyanın Moskva vilayətində 16 yaşlı qız dişlərini fırçalayarkən təsadüfən diş fırçasını udub.

Lenta.ru-nun verdiyi məlumata görə, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, gənc qız ürəkbulanma və döş qəfəsinin yuxarı hissəsində ağrı şikayətləri ilə həkimə müraciət edib.

Rentgen müayinəsi zamanı qızın mədəsində çəhrayı rəngdə diş fırçası aşkarlanıb. Qız bildirib ki, dişlərini fırçaladığı zaman diqqəti dağılıb və nəticədə diş fırçası harasa yoxa çıxıb.

Ümumi anesteziya altında və endoskopik alətin köməyi ilə yarım saat ərzində diş fırçası qızın mədəsindən çıxarılıb. Hazırda onun həyatı təhlükədə deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru