Bakıda küçədə halı pisləşən iki nəfər ölüb

14-02-2025, 10:31           
Bakıda küçədə halı pisləşən iki nəfər ölüb
Bakıda küçədə halı pisləşən iki nəfər vəfat edib.

Oxu.Az xəbər verir ki, 1976-cı il təvəllüdlü Tovuz rayonu, Aşağı Ayıblı kənd sakini F.Cəfərov Nərimanov rayonu, Həsən Əliyev küçəsi 115 ünvanının qarşısında ölüb.

Bundan başqa, 1966-cı il təvəllüdlü, tüfeyli həyat tərzi yaşayan E.Əhmədov vəziyyətinin pis olması səbəbindən təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə aparılıb. Onun həmin klinikada vəfat etdiyi məlum olub.

Hər iki faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru