Qurudulmuş meyvələri yeməzdən əvvəl yumaq lazımdırmı?

20-02-2025, 09:58           
Qurudulmuş meyvələri yeməzdən əvvəl yumaq lazımdırmı?
Qurudulmuş meyvələri yeməzdən əvvəl yumaq vacibdir. Foodinfo.az xəbər verir ki, bunun bir neçə səbəbi var:
1. Qurudulmuş meyvələrin uzun müddət saxlanılması üçün bəzi kimyəvi maddələrlə, məsələn, konservantlarla (kükürd dioksid) işlənə bilər. Bu kimyəvi maddələri təmizləmək üçün meyvələri yumaq lazımdır.
2. Bu meyvələr istehsal və ya satış zamanı müxtəlif mühitlərlə təmasda olur. Onların səthində toz, torpaq və digər çirklər qalır.
3. Onlar açıq şəraitdə hazırlanıb saxlanıldıqda onların səthində həşərat izləri və mikroblar ola bilər.
4. Bəzi qurudulmuş meyvələr parlaq görünməsi üçün mum və ya yağla örtülür. Bu təbəqə yuyularaq aradan qaldırılmalıdır.Yumaq üçün qurudulmuş meyvələri bir neçə dəqiqə ilıq suda saxlamaq və sonra yaxalamaq kifayətdir. Daha yaxşı təmizlik üçün sirkəli su istifadə edilə bilər. Bu üsul qida təhlükəsizliyini artırır və meyvələrin dadını daha təbii edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru