Vatikan Roma Papasının son vəziyyətini açıqladı Bu gün, 08:15 İkitərəfli pnevmoniyadan əziyyət çəkən Roma Papası Fransiskin vəziyyəti kritik, lakin sabit qalır.Oxu.Az-ın məlumatına görə, bu barədə Müqəddəs Taxtın Mətbuat Xidmətinin bəyanatında deyilir."Roma Papasının vəziyyəti kritik, lakin sabit qalır. Kəskin tənəffüs tutmaları təkrar olunmayıb", - deyə bəyanatda qeyd olunur.Xatırladaq ki, pontifikə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Facebook-da paylaş