Azərbaycanda növbəti avtobus qəzası: yaralılar var

16-10-2016, 23:35           
Azərbaycanda növbəti avtobus qəzası: yaralılar var
Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb.

Şəhərdə 4 nömrəli xətt üzrə sərnişin daşıyan “İsuzu” markalı avtobusla “VAZ2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü olan 1980-ci il təvəllüdlü Sənan Avazov, sərnişinlər – 1989-cu il təvəllüdlü Aynurə İbrahimova və 1987-ci il təvəllüdlü Xəyalə Musayeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru