Çoxlu duz qəbulu hansı xəstəliklərə yol aça bilər?

Bu gün, 10:08           
Çoxlu duz qəbulu hansı xəstəliklərə yol aça bilər?
Gündəlik həddindən artıq duz istehlakı bədəndə suyun saxlanmasına, qan təzyiqinin artmasına və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) gündə maksimum 5 qram (təxminən 1 çay qaşığı) duz qəbulunu tövsiyə edir.Duzun həddindən artıq qəbulu ilə bağlı xəstəliklər:
Yüksək qan təzyiqi (hipertoniya) – Duz orqanizmdə suyu saxlayır və damarlarda təzyiqi artırır. Bu, ürək-damar xəstəlikləri riskini yüksəldir. Həmçinin hipertoniya nəticəsində infarkt və insult riski artır
Böyrək xəstəlikləri – Duz böyrəklərə yük salır, böyrək daşları və çatışmazlığına səbəb olur. Sümüklərin zəifləməsi (osteoporoz) – Duz kalsium itkisini artırır, bu da sümüklərin zəifləməsinə gətirib çıxarır.
Mədə xərçəngi – Araşdırmalar göstərir ki, həddindən artıq duz qəbulu mədənin selikli qişasını zədələyə və xərçəng riskini artıra bilər.
Ödem və şişkinlik – Çoxlu duz bədəndə su yığılmasına səbəb olur, bu da şişkinlik və narahatlıq yaradır. Duz qəbulunu azaltmaq üçün hazır qidalardan (fast food, işlənmiş ət məhsulları), konservlərdən və duzlu çərəzlərdən uzaq durmaq tövsiyə edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.