Karbohidratsız pəhrizin sağlamlıq fəsadları barədə xəbərdarlıq
Bu gün, 09:08
Dietoloq Yekaterina Şirşova karbohidratları sağlam qidalanmanın vacib elementi adlandırı. Dietoloq bildirib ki, onların çatışmazlığı olduqda bədən daxili orqanlara yükü artıran alternativ enerji mənbələri axtarmağa məcbur olur.Bundan əlavə, karbohidrat çatışmazlığı ilə əzələlər üçün əsas enerji mənbəyi olan qlikogenin sintezi azalır ki, bu da fiziki fəaliyyətə mənfi təsir göstərir. Onun sözlərinə görə, belə bir pəhriz ilə qaraciyər və böyrəklər həddindən artıq yük altında işləyir və bu, zəiflik, başgicəllənmə və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.Diyetoloq izah edib ki, bütöv taxıllar, tərəvəzlər və paxlalılar kimi yavaş karbohidratlar, qanda şəkərin sabit səviyyəsini saxlayaraq, tədricən udulur.