Hər gün iki yumurta: Bədəndə nələr dəyişir?

15-03-2025, 11:08           
Hər gün iki yumurta: Bədəndə nələr dəyişir?
Hər gün iki yumurta yemək bədənə bir çox fayda verir. Zülal baxımından zəngindir, əzələ quruluşunu gücləndirir və toxluq hissi yaradır. Foodinfo.az xəbər verir ki, yumurta B12, D, A və E vitaminləri sayəsində beyin fəaliyyətini dəstəkləyir, yaddaşı və diqqəti artırır. Göz sağlamlığına faydalıdır, çünki tərkibində lutein və zeaksantin var. Bu maddələr görməni qoruyur və göz xəstəliklərinin qarşısını alır. D vitamini ilə sümükləri möhkəmləndirir, omega-3 yağ turşuları isə ürək sağlamlığını dəstəkləyir. Həmçinin, yumurta xolesterolu tənzimləyir. Əvvəllər ziyanlı hesab olunsa da, yeni araşdırmalar yaxşı xolesterolu (HDL) artırdığını göstərir. Lakin qanda xolesterolu yüksək olanlar həkim məsləhəti ilə istehlak etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru