Təcili: Türkiyə Mosul əməliyyatına girdi, türk təyyarələri bombardımana başladı – Binəli Yıldırım açıqladı

18-10-2016, 15:44           

Türkiyə Mosul əməliyyatına daxil olub.
Avropa.info xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. Mosul əməliyyatına dair açıqlamalar verən Yıldırım türk təyyarələrinin Mosulu bombaladığını bildirib.
“Mosuldakı hava əməliyyatında biz də iştirak etdik. Mosulda uzun müddətdir danışılan əməliyyat başlayıb. Olan bitəni yaxından təqib edirik. Planlarımız, hesablarımız hazırdır. Türkiyənin əleyhinə hər hansı bir vəziyyət ortaya çıxarsa lazım olan addım anında atılacaq və misli ilə qarşılıq veriləcək. Əməliyyatda da olacağıq, masada da olacağıq sözünün arxasındayıq. Hazırda əməliyyatda ön cərgələrdə olanlar bizim Başikada yetişdirdiyimiz əsgərlərdir. “Ninova mücahidləri” əməliyyata qatılıblar . Havadan müdaxiləyə bizim hava qüvvələrimiz qatılıb.
Bizim xəbərdarlıqlarımıza 2003-cü il işğalı zamanı qulaq asılsaydı ehtimal ki, İraq bugünkü kimi qeyri-sabit bir ölkə olmayacaqdı. Hazırda İraqın yarısı PKK, YPG və İŞİD kimi qruplaşmaların nəzarətinə keçmişdir” deyə Binəli Yıldırım qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.