General övladlarına həsrət qalıb-MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

19-10-2016, 09:50           

Müdafiə nazirinin müavini general-mayor Fuad Məmmədov keçmiş həyat yoldaşını məhkəməyə verib. Bu barədə Gununsesi.info-ya Nəsimi rayon Məhkəməsindən bildirilib. Məlumatda qeyd olunur ki, generalın keçmiş xanımını məhkəməyə verməsinin səbəbi azyaşlı övladları ilə görüşməsinə maneçilik yaratması olub. Belə ki, həftədə bir dəfə övladları ilə görüş hüququ olan general amma buna nail ola bilmir.
İş hazırda Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynovun icraatındadır.
Proses davam edir.
Qeyd edək ki, Fuad Məmmədov Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru