Tərtərin Ağkəndinə qaz verdilər... - FOTOLAR

19-10-2016, 12:46           
Tərtərin Ağkəndinə qaz verdilər... - FOTOLAR
Oktyabrın 18-də günün ikinci yarısında rayonun Ağkənd kəndinə də qazın verilməsi münasibəti ilə tədbir keçirildi. 189 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 940 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində 189 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

teref.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, rayonda gedən sosial-iqtisadi inkişafdan danışıb, bildirib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 42-si təbii qazla təmin olunub. Hazırda rayonun qaz olmayan digər yaşayış məntəqələrində qaz çəkilişi işləri davam etdirilir.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik ediblər.

Kənd sakinlərindən Cavad Əliyev, Elmira Məmmədova, Razim Əliyev cəbhə bölgəsinə göstərilən yüksək diqqət və qayğıya, bayram günündə kəndlərin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda rayon rəhbəri kənd ağsaqqalları və qonaqların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırıb və kənd sakini Razim Əliyevin fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak edib.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.