ABŞ ordusu İŞİD-in mövqelərinə zərbələr endirib 30-03-2025, 12:32 ABŞ-nin Afrika Komandanlığı (AFRICOM) hərbçiləri "İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Somalidəki mövqelərinə zərbələr endirib.Bu barədə komandanlığın rəsmi saytında dərc olunan məlumatda deyilir.Bildirilib ki, əməliyyat Somali hökuməti ilə əlaqələndirilib.Qeyd olunur ki, silahlılar ABŞ hərbçiləri üçün təhlükə yaradıb. AFRICOM əməliyyatla bağlı digər təfərrüatı açıqlamayıb. Facebook-da paylaş