Rusiyada Leninin heykəli satışa çıxarıldı 31-03-2025, 11:14 Rusiyanın Samara vilayətində Vladimir İliç Leninin heykəli satışa çıxarılıb.Təklif pulsuz elanlar saytında yerləşdirilib."Qiymət" qrafasında qiymət 100 min rubl göstərilsə də, satıcı qeyd edib ki, onu satmaq yox, maşınla, özü də "Oka" ilə dəyişmək istəyir.O da qeyd olunur ki, Leninin ikimetrlik bu heykəli gipsdən hazırlanıb. Facebook-da paylaş