Qulaqda səs-küyü azalda bilən dörd məhsul

Dünən, 12:58           
Qulaqda səs-küyü azalda bilən dörd məhsul
Böyük Britaniyalı alimlər müəyyən qida məhsullarının qulaqda səs-küyün (tinnitus) azalmasına kömək edə biləcəyini aşkar ediblər.
"BMJ Open" elmi jurnalında dərc edilən araşdırmaya görə, meyvələr, qida lifləri, süd məhsulları və kofeinin müntəzəm qəbulu bu xəstəlikdən əziyyət çəkən insanların vəziyyətini yaxşılaşdıra bilər.Araşdırmanın nəticələrinə əsasən, meyvələrin artırılmış qəbulu tinnitus hallarını 35%, qida lifləri isə 9% azaldır. Süd məhsulları qəbulunun artırılması 17% effektivlik göstərir. Kofein qəbulu isə 10% nəticə verir.Alimlər qeyd edirlər ki, müsbət nəticələrə baxmayaraq, dəqiq səbəb-əlaqəni müəyyən etmək üçün əlavə tədqiqatlar lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.