Bakıda 47 yaşlı kişi küt alətlə döyülüb

20-10-2016, 14:08           
Bakıda 47 yaşlı kişi küt alətlə döyülüb
Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi Dalan 2 ünvanında qeydə alınıb.
Belə ki, 47 yaşlı Baxşıyev Qoşqar Oruc oğlu evinə doğru hərəkət edən zaman tanımadığı şəxslərlə rastlaşıb. Onlarla mübahisə edən Q.Baxşıyev döyülüb.
Baş nahiyəsindən küt alətlə zərbə alan Q.Baxşıyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşları hadisənin baş verdiyi ünvanda araşdırma aparıb. Faktla bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru