Fərasət və cəsarət: 10 yaşlı uşaq xilas olmaq üçün əvvəl adyal atdı, sonra özü tullandı VİDEO

2-04-2025, 12:32           
Fərasət və cəsarət: 10 yaşlı uşaq xilas olmaq üçün əvvəl adyal atdı, sonra özü tullandı  VİDEO
Rusiyada 10 yaşlı uşaq fərasət və bacarığı sayəsində yanğından xilas olub.
"Astra" "Telegram" kanalının verdiyi məlumata görə, hadisə Sankt-Peterburqda qeydə alınıb.

Bildirilib ki, mənzildə yanğın başladığını görən oğlan vəziyyəti cəld qiymətləndirə bilib: o, balkondan adyal atıb ki, yoldan keçənlər ona kömək edə bilsinlər.

Sakinlər adyalı açandan sonra uşaq eyvandan atılıb. Yıxılma zamanı o, yüngül xəsarət alıb.

Qeyd edilib ki, məktəbli evdə tək olub. Ana qapını arxadan bağlayıb işə gedibmiş.

Yanğın təxminən dörd kvadratmetr sahəni əhatə edib. Hadisənin səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru