Sərvətlərimiz talan edilir - Nazir

20-10-2016, 16:00           

Yaxın günlərdə Azərbaycan və Hindistan ekologiya nazirlərinin görüşü keçiriləcək. Görüşdə işğal olunmuş Azərbaycan torpaqlarında xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, bunu Ağcabədiyə səfəri zamanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

O bildirib ki, aparılan müşahidələr nəticəsində ərazidəki yataqların, o cümlədən qızıl yataqlarının qanunsuz istismarı ilə bağlı ayrı-ayrı ölkələrin şirkətlərin fəaliyyət göstərdiyi müəyyənləşdirilib. “Nazirlik həmin ölkələrin diqqətinə çatdırdı ki, bu, qanunsuz fəaliyyətdir”.

Nazir xatırladıb ki, yaxın günlərdə Azərbaycan-Hindistan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilməlidir. H. Bağırov Azərbaycan peykinin uçuşunu təmin edən qurumların köməkliyi ilə işğal altında olan ərazilərdə ermənilərin xarici şirkətlərlə əlbir olaraq, Azərbaycan sərvətlərini talan etmələrini təsdiqləyən materialların toplandığını vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.