Rus ordusunun irəliləyişi 5 dəfə azalıb - Kəşfiyyat

7-04-2025, 00:04           
Rus ordusunun irəliləyişi 5 dəfə azalıb - Kəşfiyyat
Rusiya qüvvələrinin Ukraynada irəliləməsi xeyli ləngiyib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, 2025-ci ilin birinci rübündə “ərazi qazancları” azalıb.

Kəşfiyyat məlumatlarına görə, 2025-ci ilin martında rus qoşunları Ukraynanın təxminən 143 kvadrat kilometr ərazisini ələ keçirib. 2024-cü ilin noyabr ayında isə Rusiya 700 kv.km-dən çox ərazini işğal etmişdi. O vaxtdan bəri Rusiyanın irəliləyiş tempi aydan-aya azalır. 2025-ci ilin martında rus qoşunlarının əsas irəliləyişi Donetsk bölgəsində olub.

"Rusiya əməliyyat mövqeyini yaxşılaşdıra bilmədi. Ukrayna qüvvələri də Pokrovsk ətrafındakı bəzi əraziləri geri alaraq taktiki əks-hücumlar həyata keçirib", - hesabatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru